Sağlamlığa zərər vermədən necə "fast food" yemək olar?

Sağlamlığa zərər vermədən necə "fast food" yemək olar? backend

“Fast food” satılan restoranlardan toyuq əti və ya dəniz məhsulları ilə hazırlanmış tərəvəz salatları almaq tövsiyə olunur.

Qaziler.az-ın məlumatına görə, bunu qastroenteroloq Yekaterina Kaşux RİA “Novosti”yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu, burger və ya fri kartoflardan fərqli olaraq, sağlam qəlyanaltı seçimi olacaq. Çünki belə salatların tərkibində protein, lif və vitaminlər var.

“Qidada yağlı, qızardılmış və yüksək kalorili qidaların müntəzəm olaraq çox olması zərərlidir. Əgər çox fəst fud yemək vərdiş halına gəlməyibsə, insan sağlamdırsa, normal qidalanır və yalnız hərdən "mədə ziyafəti" təşkil edirsə, bu seçim nəzərəçarpacaq dərəcədə zərərli olmayacaq”, - Kaşux qeyd edib.

Eyni zamanda, onun fikrincə, sağlamlığın ümumi vəziyyətini nəzərə almaq vacibdir. O, şəkərli diabet və mədə-bağırsaq xəstəlikləri olan insanların risk altında olduğuna aydınlıq gətirib. Həkim vurğulayıb ki, həmin insanlarda “Fast food” yeyərkən sağlamlıq problemləri daha çox olur.

QAZİLER.AZ