Gündəlik yerimək psixi sağlamlığa təsir edir

Gündəlik yerimək psixi sağlamlığa təsir edir backend

"Yeni araşdırmaya görə, gündəlik gəzinti böyüklərdə depressiyanın inkişaf riskini azalda bilər. Psixi sağlamlığı qorumaq üçün gündə ən az yeddi min addım atmaq vacibdir”.

Qaziler.az xəbər verir ki, bunu “Moyka78” doktor Bruno Bizzozero Peroniyə istinadən yazır. 

“Gündəlik addımların sayılması ümumi əhali üçün fiziki aktivliyi artırmağa və depressiyanın qarşısını almağa yönəlmiş mühüm strategiya ola bilər”, - Peroni vurğulayıb.

Məlum olub ki, gündə hər əlavə min addım bu pozğunluğun inkişaf riskini 9% azaldır. Gəzintinin bu müsbət təsiri bütün cinslər və yaşlar üçün eynidir.

QAZİLER.AZ