Yaşlı insanlarda yaddaşı gücləndirəcək mikroelement açıqlanıb

Yaşlı insanlarda yaddaşı gücləndirəcək mikroelement açıqlanıb backend

Aktiv mis istehlakı yaşla əlaqədar olaraq yaddaşın və icra funksiyasının pisləşməsinin qarşısını alır.

Qaziler.az-ın məlumatına görə, bu barədə Hebey Tibb Universitetinin (Çin) Dördüncü Xəstəxanasının alimləri belə nəticəyə gəliblər. Tədqiqatın nəticələri “Scientific Reports” (SciRep) jurnalında dərc olunub.

Tədqiqatda 2011-2014-cü illərdə toplanmış Milli Sağlamlıq və Qidalanma Müayinə Sorğusunda (NHANES) 2420 iştirakçının məlumatlarından istifadə edilib. Bütün könüllülərin ən azı 60 yaşı olub.

İlk mərhələdə alimlər mis istehlakına xüsusi diqqət yetirərək iştirakçıların qida rasionunu təhlil ediblər. Bu, neyronların enerji mübadiləsində və neyrotransmitterlərin istehsalında iştirak edən vacib mikroelementdir. Mis həmçinin orqanizmin antioksidant fəaliyyətini, digər molekulların oksidləşməsini yavaşlatmaq və ya qarşısını almasını tənzimləyir.

Daha sonra könüllülər yaddaş, diqqət və icra funksiyalarını qiymətləndirən bir sıra testləri tamamlayıblar. Qidalanma zamanl mis istehlak edən iştirakçılar ən yaxşı nəticə göstəriblər.

Bu əlaqənin altında yatan dəqiq mexanizmlər naməlum olaraq qalır. Lakin alimlər xəbərdarlıq edirlər ki, bu mikroelementin çox olması sinir sisteminin depressiyasına, həmçinin qaraciyər və böyrəklərin zədələnməsinə səbəb ola bilər.

QAZİLER.AZ