İldırım vurmasından sonra sağ qalanlar nədən əziyyət çəkir?

İldırım vurmasından sonra sağ qalanlar nədən əziyyət çəkir? backend

İldırım vurması ciddi yanıqlara, aritmiya, iflic və ağır koqnitiv pozğunluqlara səbəb ola bilər.

Qaziler.az bildirir ki, bu sözləri RİA “Novosti”yə həkim-terapevt və profpatoloq Svetlana Burnatskaya bildirib. Həkim vurğulayıb ki, ildırımın temperaturu 16 600 dərəcə Selsiyə çata bilər ki, bu hal paltar yaş olduqda xüsusilə təhlükəlidir.

“İldırım vurması ağır fizioloji nəticələrə - dəri yanıqları, ürək problemləri, daxili orqanların və mərkəzi sinir sisteminin zədələnməsinə səbəb olur”, - Burnatskaya bildirib.

Mütəxəssisin sözlərinə görə, ildırım vuran insanlar tez-tez əzələ zəifliyi, iflic və koqnitiv pozğunluqlarla üzləşirlər. İldırımın xarakterik izləri dəridə qalır və sağ qalanlar tez-tez post-travmatik stress, narahatlıq və depressiyadan əziyyət çəkirlər. Həmin insanlar uzun müddət xroniki ağrılar, baş ağrıları, yuxu pozğunluqları və yaddaş problemləri ilə qarşılaşa bilərlər.

QAZİLER.AZ