Şokoladın daha bir faydası məlum olub

Şokoladın daha bir faydası məlum olub backend

Diyetoloq Roman Pristanski təbii şokoladın tərkibində maqnezium və sinkin olduğunu açıqlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə o, “Radio 1”ə müsahibəsində danışıb. Onun sözlərinə görə, bu delikatesi alarkən tərkibindəki kofeinin faizinə fikir vermək vacibdir.

“Şokolad tərkibindəki maqnezium və sinkin olması baxımından sevindirir. Heç bir qatqısız təbii istifadəsi üçün yaxşı mənbədir. Təbii ki, bu maddələri qəbul etmək üçün sadəcə şokolad yox, müxtəlif qida məhsulları da vacibdir”, - Pristanski qeyd edib.

Diyetoloqun sözlərinə görə, şirniyyatdan imtina edən bir çox insanlar psixoloji çətinliklər yaşayırlar, çünki sinir sistemi bunun öhdəsindən gələ bilmir. Bu, bədənin qidaya qarşı reaksiyası ilə bağlıdır. Ona görə də, qidalanma normanızı tənzimləməlisiniz və şirniyyatları rasiondan çıxartmayın, əksinə azaldın.

QAZİLER.AZ