Rusiyada virusa yoluxan 5 yaşlı uşaqda təhlükəli ağırlaşma yaranıb

Rusiyada virusa yoluxan 5 yaşlı uşaqda təhlükəli ağırlaşma yaranıb backend

L. M. Roşal adına Uşaq Kliniki Mərkəzinin həkimləri kəskin respirator virus infeksiyasından sonra təhlükəli ağırlaşması olan beş yaşlı uşağı xilas ediblər.

Qaziler.az xəbər verir ki, bu barədə Moskva vilayətinin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xəstə boyun nahiyəsində şişkinlik və 39°C-yə qədər hərarətlə xəstəxanaya yerləşdirilib. Xəstənin valideynləri bildiriblər ki, uşaq bir həftədir kəskin respirator virus infeksiyasına yoluxub. Ailəsi oğlan uşağını özbaşına qızdırmasalıcı dərmanlarla müalicə edib, lakin heç bir effekt verməyib. Həkimlər müayinə zamanı infeksiyanın ağırlaşmasından uşağın boyun nahiyyəsində irinli absesin əmələ gəldiyini müəyyən ediblər.

"Boyun nahiyəsində irinli abses çox təhlükəlidir, çünki bu, tənəffüs yollarının daralmasına, qan damarlarının və sinirlərin zədələnməsinə, tromboza və hətta iflicə səbəb ola bilər", - otorinolarinqologiya şöbəsinin müdiri Yelena Kovalets bildirib.

Xəstə LOR şöbəsinə aparılıb və orada irinin çıxarılması üçün təcili əməliyyat olunub.

Həkim artıq uşağın yaxşı olduğunu və evə buraxıldığını bildirib.

QAZİLER.AZ