Bakı, Sumqayıt və Abşeron üzrə bir neçə nümunəvi xəstəxanaya mentor klinika statusu veriləcək

Bakı, Sumqayıt və Abşeron üzrə bir neçə nümunəvi xəstəxanaya mentor klinika statusu veriləcək backend

“Mentor Klinika” və “Qlobal cərrahiyyə 2030 proqramı” layihələri çərçivəsində TƏBİB-in tabeliyində olan Bakı, Sumqayıt və Abşeron rayonu üzrə bir neçə nümunəvi xəstəxananın mentor klinika statusu alması planlaşdırılıb.

"Report" xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov qurumun fəaliyyətinə dair keçirilən növbəti geniştərkibli müşavirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, mentor klinika statusu müəyyən edilmiş region xəstəxanalarına bilavasitə dəstək göstərməsini təmin edəcək:

“Hazırda tibb müəssisələrində ixtisaslı tibbi xidmətlərin bərabər paylanmadığını müşahidə edirik. Layihəni ilkin pilot mərhələdə 1 il müddətində həyata keçirməyi planlaşdırırıq”.