Dietoloq orqanizmi təmizləməyə kömək edən iki məhsulun adını çəkir

Dietoloq orqanizmi təmizləməyə kömək edən iki məhsulun adını çəkir backend

Dietoloq Rimma Moisenko iyulun 10-da bədəni təmizləməyə kömək edən iki məhsulun adını çəkib.

Qaziler.az bildirir ki, o, bu barədə "Radio-1"ə müsahibəsində deyib.

"Limon və laym (yaşıl rəngli, limona bənzər, lakin ondan kiçik sitrus meyvəsi - red.)  yeganə iki meyvədir ki, orqanizmi turşulaşdırmır, əksinə qələviləşdirir. Onlar mədəyə daxil olur, orada zülal kütləsini yaxşı həzm edən xlorid turşusu istehsalını artırır. Bu, fermentlərin əmələ gəlməsinə, pepsinin parçalanmasına, orqanizmin və bağırsaqların daxili mühitinin qələviləşməsinə səbəb olur", - mütəxəssis radio1-ə müsahibəsində bildirib.

RT xəbər verir ki, onun sözlərinə görə, bu səbəbdən limonu suya qatıb gün ərzində yeməklər arasında içmək faydalıdır.

"Orqanizmin təmizlənməsində mühüm amil sudur. Güclü çay olmamalıdır. Ödqovucu otlar, böyrək çayı, öz əlinizlə hazırlanmış müxtəlif bitki mənşəli dəmləmələr içə bilərsiniz", - diyetoloq yekunlaşdırıb.

QAZİLER.AZ