Səhər yeməyindən mütəmadi olaraq imtina etmək gənc insanlarda depressiya əlamətlərinin artmasına və diqqətin azalmasına səbəb ola bilər.
Qaziler.az xəbər verir ki, Honq-Konqdan olan alimlər belə qənaətə gəliblər. Nəticələr “Frontiers in Psychiatry” jurnalında dərc olunub.
Tədqiqatda 3154 nəfər iştirak edib. Honq Konq Gənclər Epidemioloji Tədqiqatının bir hissəsi kimi həyata keçirilib. Könüllülərin qidalanma vərdişlərinin təhlili göstərib ki, yeniyetmə və gənclərin təxminən 15%-i ümumiyyətlə səhər yeməyi yemir, 33%-i isə hər gün səhər yeməyi yeyir. Səhər yeməyindən imtina etməyin depressiya və narahatlıq əlamətlərinin artmasına, həmçinin sosial və akademik funksiyaların pisləşməsi ilə əlaqələndirilib.
Müəlliflərin fikrincə, bu əlaqənin əsas səbəbi konsentrasiya qabiliyyətinin pisləşməsidir. Müntəzəm olaraq səhər yeməyini atlayan gənclər diqqəti toplamaqda çətinlik çəkirlər. Tədqiqat həmçinin göstərib ki, günün ilk yeməyini atlamaq impulsivliyin artmasına gətirib çıxarır.
QAZİLER.AZ