Binaların aşağı mərtəbələrində yaşamaq sağlamlığa ziyandır - Həkimin izahı

Binaların aşağı mərtəbələrində yaşamaq sağlamlığa ziyandır - Həkimin izahı backend

“Binaların aşağı mərtəbələrində yaşayan insanlar astma və digər tənəffüs yolları xəstəliklərinə daha çox həssasdırlar”.

Qaziler.az xəbər verir ki, bunu rusiyalı həkim Dmitriy Yedelev deyib. Həkimin açılqmasına görə, azot dioksid də daxil olmaqla avtomobillərdən çıxan zərərli maddələrin konsentrasiyası birinci mərtəbə səviyyəsindən də yüksəkdir.

“Azot dioksid gözün, burnun, boğazın selikli qişasını qıcıqlandırır, öskürək, boğaz ağrısı, nəfəs almaqda çətinlik yaradır. Xüsusilə uşaqlarda tənəffüs yolu infeksiyaları, yaşlılarda isə ürək-damar xəstəlikləri riskini artır. Bu mühit insanlarda allergenlərə qarşı həssaslığı da artırır”, - Yedelev xəbərdarlığında qeyd edib.

Bundan əlavə, avtomobillərin işlənmiş qazlarının tərkibində dəm qazı da var. Bu, insanlarda baş ağrısı, halsızlıq və ürək bulanmasına səbəb ola bilər. Bu qazın təsiri nəticəsində xroniki zəhərlənmə yuxu pozğunluğuna və idrak funksiyalarının azalmasına səbəb olur. Yedelev, hamilə qadınlarda düşük riskinin daha yüksək olduğunu söyləyib.

QAZİLER.AZ