“Bir fincan qəhvənin tərkibindəki 50 milliqram kofein qan təzyiqini və nəbzi artırır”.
Qaziler.az xəbər verir ki, bu sözləri kardioloq Mariya Matveyeva deyib. Onun sözlərinə görə, canlandırıcı içki yalnız orta miqdarda faydalıdır.
“Çoxları səhərlər bir fincan qəhvə olmadan həyatını təsəvvür edə bilmir, lakin aldığınız həzz sağlamlığa zərər verməməlidir. Hər bir insanın kofeinə qarşı öz həssaslığı var, lakin yadda saxlamaq lazımdır ki, hətta 50 milliqram kofein - təxminən yarım fincan qəhvə ürək döyüntüsünü artıra və qan təzyiqini yüksəldə bilər. Qəhvə orta miqdarda faydalıdır”, - Matveyeva deyib.
Həkim vurğulayıb ki, qəhvəyə reaksiya orqanizmin fərdi xüsusiyyətlərindən, kofeinin miqdarından, içkinin qəbulunun tezliyindən, insanın boyu və çəkisinin nisbətindən, həmçinin onların metabolizmindən asılıdır. Kardioloqun sözlərinə görə, qəhvə içən zaman başgicəllənmə və ya nəbzin artmasına səbəb olmursa, o zaman ürəyə zərər vermir.
QAZİLER.AZ