Bu şəxslərə gecələr püstə yeyib yatmaq çox faydalıdır - Araşdırma

Bu şəxslərə gecələr püstə yeyib yatmaq çox faydalıdır - Araşdırma backend

Püstənin axşam saatlarında müntəzəm istehlakı karbohidrat mübadiləsi pozğunluğu olan insanların bağırsaq sağlamlığına və maddələr mübadiləsinə faydalı təsir göstərə bilər.

Qaziler.az xəbər verir ki, bu barədə Pensilvaniya Dövlət Universitetinin tədqiqatçıları məlumat verib. Nəticələr Current Developments in Nutrition (CDN) jurnalında dərc olunub.

Tədqiqatda prediabetli 51 yetkin iştirak edib. İki dəfəyə 12 həftəlik müddət ərzində iştirakçılar növbə ilə ya karbohidratlı qəlyanaltı (15-30 qram) və ya 57 qram püstəni axşam pəhrizinə daxil ediblər. Hər mərhələnin sonunda iştirakçılar bağırsaq mikrobiomunun tərkibinin təhlili üçün nəcis nümunələri təqdim ediblər.

Məlum olub ki, püstə yemək bağırsaq mikroflorasının tərkibini xeyli dəyişib. Qoz-fındıq yeyən iştirakçıların bədənlərində Roseburia və Lachnospiraceae ailəsinin nümayəndələri də daxil olmaqla, “yaxşı” bakteriyaların sayı artıb.

Alimlər qeyd ediblər ki, bu mikroorqanizmlər qısa zəncirli yağ turşusu - butirat istehsal edir. Bu da kolon hüceyrələrinə enerji mənbəyi kimi xidmət edir, bağırsaq maneəsinin bütövlüyünü qoruyur və iltihabı azaldır.

Eyni zamanda, mənfi metabolik təsirlərlə əlaqəli bakteriyaların sayı azalıb. Xüsusilə, püstə yedikdən sonra Blautia hydrogenotrophica populyasiyası azalıb. Bu mikroorqanizm zərərli maddələrin böyrəklərə və ürəyə çıxmasına qadirdir.

Araşdırma müəlliflərinin fikrincə, püstə yeyərkən orqanizmdə baş verən dəyişikliklər 2-ci tip şəkərli diabetin inkişafını ləngidə və zamanla xroniki iltihabın səviyyəsini azalda bilər. Bu fərziyyəni təsdiqləmək üçün alimlər tədqiqatlarını davam etdirməyi planlaşdırırlar.

QAZİLER.AZ