Yayda gözlərin görməsinə mənfi təsir edən SƏBƏBLƏR

Yayda gözlərin görməsinə mənfi təsir edən SƏBƏBLƏR backend

Yayda günəşin, kondisionerin təsiri və lizalarla üzmək görmə qabiliyyətini korlayır.

Qaziler.az-ın məlumatına görə, bunu oftalmoloq Şahlo Mahkamova “LIFE.ru”ya bildirib. Onun sözlərinə görə, həddindən artıq ultrabənövşəyi şüalanma linza və tor qişa üçün zərərlidir.

“Yayda hamımız günəş şüaları altında isinməkdən həzz alırıq. Ancaq həddindən artıq ultrabənövşəyi aktivliyin gözlərə, gözün tor qişasına kifayət qədər zərərli təsiri var”, - həkim izah edib.

Mahkamova infeksiyaya yoluxma riskinə görə linzalarla çimməyin təhlükəsini də qeyd edib. Bundan əlavə, həkim vurğulayıb ki, kondisionerin havası gözün selikli qişanı qurudur, çirkli əllərlə gözlərə toxunmaq isə infeksiyaya səbəb olur.

Həkim gözləri yaxalamağı və reseptsiz antibiotik istifadə etməməyi məsləhət görüb. Həmçinin  gözlərin bərpası üçün yaxşı bir gecə yuxusu da vacibdir.

QAZİLER.AZ