Britaniyada yeni yoluxucu COVID-19 XFG "stratus" ştammı yayılır.
Qaziler.az xəbər verir ki, bu barədə Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) məlumat yayıb.
“Sıralanmış nümunələrdə ən çox rast gəlinən nəsillər XFG və onun alt nəsilləri olub", - hesabatda deyilir.
Nəşr bildirir ki, XFG.3 və XFG variantları iyunun sonunda bütün COVID-19 yoluxmalarının təxminən 40%-ni təşkil edib. Eyni zamanda, may ayında bu, təxminən 10% təşkil edib.
Ekspertlər vurğulayıblar ki, hazırda ölkədə COVID-19-a yoluxma halları azalır.
XFG ştammı "Omicron" ştammının nəslindəndir. Tədqiqatçılar xəbərdarlıq ediblər ki, "stratus" əvvəlki COVID-19 variantlarından daha yoluxucu ola bilər, çünki virusun modifikasiyası ona immunitet müdafiəsindən yan keçməyin yolunu tapmağa kömək edir.
QAZİLER.AZ