Misirdə "booble tea" içən turist qadın xəstəxanalıq olub

Misirdə "booble tea" içən turist qadın xəstəxanalıq olub backend

Misirdə köpüklü çay (booble tea) içən rusiyalı turist çimərlikdə huşunu itirib.

Qaziler.az xəbər verir ki, bu barədə SHOT teleqram kanalı məlumat yayıb.

Hadisə qadının ailəsi ilə birlikdə beşulduzlu “Sultan Gardens Resort”da istirahət etdiyi Şarm əl-Şeyxdə baş verib. Gəzinti zamanı oğluna meyvə “babl ti” - yeməli toplarla soyuq çay içkisi alıblar. Uşaq bir az içdikdən sonra bəyənməyib və stəkanı anasına verib. Qadın içkini atmamaq üçün axıra kimi içib.

Bir müddətdən qadın sahildə özünü kəskin halsız hiss edib və huşunu itirib. Qadını çimərlikdən xərəkdə çıxarıblar və yerli xəstəxanalarından birinə aparıblar və ona sistem qoşulub.

Əldə edilən məlumata görə, hazırda turist xanımın səhhəti yaxşılaşıb, o, tətilinə davam edir, lakin belə içkilər içməkdən imtina edib. Onun fikrincə, bu vəziyyətə düşməsinə səbəb köpüklü çay olub.

QAZİLER.AZ

Diaspora