“Faydalı maddələrin çoxluğuna baxmayaraq, tut acqarına istehlak edildikdə təhlükəli ola bilər”.
Qaziler.az xəbər verir ki, bu barədə həkim-terapevt Yelena Pavlova “NEWS.ru”ya açıqlamasında deyib. Mütəxəssisin fikrincə, bu giləmeyvənin düzgün olmayan istehlakı həzm pozğunluğuna və hətta zəhərlənməyə səbəb ola bilər.
“Tut B, C, K2 vitaminləri, kalium, maqnezium, dəmir və antioksidantlarla zəngindir. Bu o deməkdir ki, giləmeyvə ürək-damar sistemini, görmə qabiliyyətini və immuniteti dəstəkləyir. Tərkibində lif olduğu üçün həzmi yaxşılaşdırır. Bununla belə, tutdan çox miqdarda və acqarına istifadə etmək təhlükəli ola bilər. Acqarına istehlak edildikdə, həzm pozğunluğuna və zəhərlənməyə, yəni ürəkbulanma, ishal, qusmaya səbəb ola bilər”, - Pavlova deyib.
Həkim qeyd edib ki, tutda olan aşağı glisemik indeks, onu şəkərli diabet xəstələri üçün təhlükəsiz edir. Lakin onun sözlərinə görə, uşaqlar xüsusilə diqqətli olmalıdırlar: “Onlar tez-tez səhər yeməyi yemədən birbaşa ağacdan tut yeyirlər, bu da ciddi nəticələrə səbəb ola bilər”.
Bundan əlavə, həkim bildirib ki, yolların yaxınlığında olan tut ağaclarından tut yemək təhlükəlidir. Çünki yol kənarındakı ağacların meyvələrində ağır metallar toplanır. Tutun aşağı glisemik indeksi var, buna görə də diabetli insanlar tərəfindən istehlak edilə bilər.
“Ümumiyyətlə, tut sağlam giləmeyvədir, lakin həddindən artıq istehlakı sağlamlığa mənfi təsir göstərə bilər”, - deyə Pavlova fikirlərini ümumiləşdirib.
QAZİLER.AZ