Britaniyada üç yaşlı uşaq 2 ildir ki, yemək yemir

Britaniyada üç yaşlı uşaq 2 ildir ki, yemək yemir backend

Britaniyalı qadın oğlunun iki ildir yemək yemədiyini deyib.

Qaziler.az xəbər verir ki, bu barədə “Daily Star” yazır.

Huyton sakini Cess Mak Kormik iki ildir demək olar ki, heç nə yeməyən üç yaşlı oğlu Ronni MakQi-nin sağlamlığı üçün mübarizə aparır. Doğuşdan bəri oğlan normal inkişaf edib və ana südü ilə qidalanıb. Lakin 18 aydan sonra yeməkdən imtina etməyə başlayıb.

İndi o, əvvəlki kimi süd içə bilir. Yerdə qalan hər şey ona qorxu və narahatlıq hissi verir. Ananın sözlərinə görə, oğlu daim ürəkbulanmadan şikayət edir, mədə ağrısı və ishal keçirir.

"Hər gün panikaya düşməməsi üçün mübarizə aparırıq. Kiçik oğlumuzun əziyyət çəkdiyini görmək və ona lazım olan yardımı edə bilməmək sadəcə ürək ağrıdır", - Cess etiraf edib.

Ailə onlarla həkimə müraciət etsə də, uşağa dəqiq diaqnoz qoyulmayıb. Həkimlər uşağın "qida qəbulu pozğunluğuna" malik ola biləcəyini irəli sürüblər. Bu, insanın dadına, qoxusuna, teksturasına və ya iştahsızlıq yaratmasına görə müəyyən qidalardan qaçmasıdır.

İndi britaniyalı qadın oğlunun müalicəsi üçün pul və kömək edə biləcək həkimlər tapmağa çalışır.

QAZİLER.AZ