“Əgər sizi gürzə dişləyibsə, heç vaxt zəhəri əmməməli və yaranı rezinlə bağlamamalısınız”.
Qaziler.az-ın məlumatına görə, bunu tibb elmləri namizədi Andrey Kondraxin “NEWS.ru”ya müsahibəsində bildirib. Onun sözlərinə görə, ilk növbədə ilanın şəklini çəkmək, zərərçəkəni isə yerə uzatmaq və onun tərpənməsinə imkan verməmək məsləhətdir.
“Gürzə dişləyən zaman, imkan varsa, ilanın şəklini çəkməyə çalışın. Sonra zərərçəkəni yerə uzatmalı və hərəkət etməsinə icazə verməməlisiniz. O, nə qədər çox hərəkət etsə, ürək bir o qədər fəal işləyəcək, o zaman zəhər bədənə daha sürətlə yayılacaq, hər yerə çatacaq. Amma hərəkət etməsinə icazə verməməklə onun yayılmasını yavaşlatacağıq. Daha sonra yaranı sarımaq lazımdır, lakin heç bir halda zəhəri əmmək və ya rezinlə bağlamaq olmaz. Qabaqlayıcı tədbirləri gördükdən sonra təcili yardım çağırıb zəhər əleyhinə zərdab vurdurmaq lazımdır”, - həkim izah edib.
Kondraxin qeyd edib ki, gürzələr çox isti havada hirsli olurlar. Ona görə də parklarda gəzərkən ehtiyatlı olmağı, bir dəfə ilan gördüyünüz yoldan ikinci dəfə keçməməyi məsləhət bilib.
QAZİLER.AZ