“İstidə qəhvə içmək sidikqovucu təsiri sayəsində susuzluğa səbəb ola bilər”.
Qaziler.az xəbər verir ki, bunu diyetoloq Yuliya Popova “NEWS.ru”ya müsahibəsində bildirib.
O, mayenin miqdarını artırmaq üçün hər porsiyaya bir stəkan su əlavə etməyi tövsiyə edib. Diyetoloqun sözlərinə görə, böyrək çatışmazlığı olan insanlar xüsusilə diqqətli olmalıdırlar.
“Qəhvə sidikqovucu təsiri artırır və istidə bu, susuzluğa səbəb ola bilər. Buna görə də, maye itkisinin qarşısını almaq üçün qəhvənin hər porsiyasına bir stəkan su əlavə etməyi unutmayın. Eyni səbəbdən, qəhvə yayda çöldə və ya havasız otaqlarda işləyənlər, idmançılar və böyrək çatışmazlığı olan insanlar üçün təhlükəli ola bilər. Bu hallarda qida rasionunuzda su qəbuluna ciddi nəzarət edin”, - Popova qeyd edib.
O, aydınlaşdırıb ki, hipertoniyadan əziyyət çəkənlər və hamilə qadınlar yayda qəhvəni ehtiyatla içməlidirlər. Popova bir fincanla məhdudlaşmağı tövsiyə edib, çünki kofein qan təzyiqini kəskin şəkildə artıra bilər, bu da isti havalarda ürəyə yükü artırır. Dietoloqun sözlərinə görə, əgər ürəyinizdə problem varsa, qəhvə taxikardiya və ya aritmiya yarada bilər.
QAZİLER.AZ