Üzdən yorğunluq əlamətlərini aradan qaldırmaq üçün C vitamini olan serum və ya B3 vitamini olan məhsul tətbiq etmək lazımdır.
Qaziler.az xəbər verir ki, bu barədə dermatoloq Svetlana Kiriçuk “Veçerney Moskva” nəşrinə bildirib.
O qeyd edib ki, tərkibində kofein, peptidlər və ya K vitamini olan dəriyə qulluq vasitələrinin köməyi ilə gözlər altındakı qara dairələri aradan qaldırmaq olar.
Yorğun olsanız belə, SPF-ə laqeyd yanaşmayın. Kiriçuk xəbərdarlıq edib ki, ultrabənövşəyi şüalanma oksidləşdirici stressi artırır və dərinin qocalmasını sürətləndirir, xüsusən də orqanizmin ehtiyatlarının tükəndiyi vaxtlarda.
“Dərini qidalandırmaq üçün hialuron turşusu, betain, aloe vera və ya fermentləşdirilmiş düyü (Koreya məhsullarında) olan məhsullardan istifadə etməlisiniz. Üzü fizioloji pH (5,0-5,5) olan dəriyə qulluq məhsulları ilə təmizləmək də vacibdir”, - dermatoloq qeyd edib.
QAZİLER.AZ