“İsti duş və ya vanna qəbul etmək dərini həddindən artıq qurudur".
Qaziler.az xəbər verir ki, bunu bloger və sahibkar Karina Tsvetkova “Gazeta.Ru”ya bildirib.
O, üz və bədəni nəmləndirmək üçün aşağı molekullu hialuron turşusu, niasinamid və peptidlər olan serumlardan istifadə etməyi məsləhət görüb.
“İsti su quruluğu artırır, ona görə də ilıq duş qəbul etmək daha yaxşıdır. Bədənin səthini yumşaq və məxmər saxlamaq üçün gigiyena prosedurlarından sonra dərini dəsmal ilə qurutmaq lazımdır”, - Tsvetkova deyib.
Bundan əlavə, o, gündə 6,5-8,5 pH olan iki litr su içməklə bədəndəki su balansını qorumağı tövsiyə edib. Yayda elektrolitləri və ya kokos suyunu rasiona daxil etməyi də məsləhət bilib.
QAZİLER.AZ