"Həftədə bir və ya iki dəfə dondurma yemək ən yaxşı seçimdir”.
Qaziler.az xəbər verir ki, bunu diyetoloq Anjelika Dyuval “Radio 1”ə müsahibəsində bildirib. Dondurmanı yemək üçün ən yaxşı vaxt kalorilərin orqanizm tərəfindən daha sürətlə emal olunduğu günün birinci yarısıdır.
“Sizi bir şey barədə xəbərdar etmək istərdim: dondurmanın tərkibinə mütləq nəzər salın və eləsini seçin ki, içində təbii elementlər çox olsun, kimyəvi maddələr olmasın, boyalardan, dadlandırıcılardan qaçın”, - Dyuval məsləhət görüb.
Həftədə iki dəfədən çox dondurma yemək ürək-damar sistemini həddindən artıq yükləyə bilər. Bu risk, dondurmanın yüksək yağ tərkibinə malik olması ilə əlaqələndirilir. Üstəlik, açıq havada dondurma yemək tövsiyə edilmir. Bu halda kənardan məhsula düşə biləcək infeksiyaya yoluxma riski var.
QAZİLER.AZ