ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) heyvanlar üzərində araşdırma aparıb və H5N1 quş qripinin hava yolu ilə keçə biləcəyini müəyyən edib.
Bu barədə CDC məlumat verib.
"Emerging Infectious Diseases" jurnalında dərc olunan məqalə keçən il ABŞ-də H5N1 virusuna yoluxan südçülük fermasında işləyən şəxsdən götürülmüş nümunəyə əsaslanıb. CDC-nin alimləri virusu tənəffüs sistemi insanlara bənzəyən gəlinciklərə yeridiblər. Virusa yoluxmuş gəlinciklər altı sağlam fərdin yanında yerləşdirilib və üç həftə ərzində müşahidə altında saxlanılıblar. Nəticədə, birbaşa təmas olmasa da, onlardan üçü virusa yoluxub.
Mütəxəssislər qeyd ediblər ki, H5N1 virusu hələ də heyvanlara yoluxur və insanlara adaptasiya edir. Bu, onun mutasiyaya uğramasına və insandan insana effektiv şəkildə ötürülə bilməsinə səbəb ola bilər.
Oxu.az