Qurban ətini paylayanda sümük vermək olmaz! - VACİB NÜANSLAR

Qurban ətini paylayanda sümük vermək olmaz! -  VACİB NÜANSLAR backend

Bildiyimiz kimi, bu il Qurban bayramı iyun ayının 28-29-na təsadüf edir. Artıq bir çox ailələrdə qurban kəsməyə hazırlıq görülür.

Qədim dövrlərdə qurban kəsmək, qurban ətinin saxlanması qaydaları daha çətin idi. İndi isə çox asandır.

Turpkimi.com Türkiyə mediasına istinandla qurban əti kəsmək istəyənlərin bilməsi vacib olan təfərrüatları təqdim edir:

Qurban kəsilən heyvanın üçdə biri qurbanı kəsənin sahibinə verilir, ikinci üçdə biri qonaqlara və dostlara, digər üçdə biri isə kasıblara paylanır.

Qurbanın əti təzə olduğu üçün qoxusu qəssabdan və ya bazardan alınan dincəlmiş ətdən daha kəskin olur.

Bəzi insanlar qurban ətini yuyur, amma bu çox yanlışdır. Qurban ətinin yuyulması ətdəki bakteriyaların miqdarını sürətlə artırır. Qurban əti heç vaxt yuyulmur.

Qurban əti kəsilib hissələrə bölündükdən sonra bir gün dinləndirilmədən dərhal torbalara yığılsa, yaşıllaşır. Odur ki, qurban əti kəsildikdən sonra 24 saat dincəlməyə qoyulmalı və günün sonunda yeyilməlidir.

Qurbanı kəsərkən heyvan dartındığı üçün əti çox sərt olur. Dincəlməyə qoyulmadan yeyilməsi həzm sistemində problemlərə yol aça bilər. Kəsdikdən sonra dərhal bişirib yemək gələcəkdə ciddi xəstəliklərə də səbəb ola bilər.

Qurban ətinin ideal saxlama müddəti 3 ay, maksimum 1 ildir. Bundan daha uzun müddət saxlanılan ət sizə xeyirdən çox zərər verəcək.

Qurban kəsə bilməyənlərə, ehtiyacı olanlara ət paylananda sümük verilmir. Sümüksüz ətin verilməsi daha uyğundur. Əks halda hörmətsizlik olur.

Diaspora