Trixoloq saçları zədələyən əl vərdişini açıqlayıb

Trixoloq saçları zədələyən əl vərdişini açıqlayıb backend

Saçları barmaqların uclarında burmaq vərdişi saç uclarının haçalanmasına, yəni saçqıranlara səbəb ola bilər.

Qaziler.az-ın məlumatına görə, bunu trixoloq, dermatoloq və kosmetoloq Tatyana Yeqorova bildirib. “Moskva 24” telekanalına müsahibəsində o, bunun saçın sürtünmə və mexaniki zədələnməsi ilə bağlı olduğunu izah edib.

“Saçınızı davamlı olaraq barmağınızla bursanız, daha incə və kövrək olacaq”, - həkim qeyd edib.

Yeqorova, həmçinin vurğulayıb ki, saça edilən güclü istilik və daranma üsulu da saçın vəziyyətinə mənfi təsir göstərir. O, istilik qoruyucu vasitələrdən istifadə etməyi və saç qurutma fenlərindən ən azı 20 sm uzaq məsafədə saçları qurutmağı tövsiyə edib. Bundan əlavə, başın tez-tez yuyulması da şampunların tərkibindəki qələvi və suyun təsirindən ucların parçalanmasına səbəb ola bilər. Trixoloq saçların sağlamlığını qorumaq üçün qidalandırıcı maskalardan istifadə etməyi məsləhət görüb.

QAZİLER.AZ

Diaspora