Bahalı vasitələrdən ucuz olan bu tonik yayda dərinizi təravətləndirəcək

Bahalı vasitələrdən ucuz olan bu tonik yayda dərinizi təravətləndirəcək backend

İsti mövsümdə dəri əlavə qulluq tələb edir. Bu məsələdə kömək etməyin sadə yollarından biri təbii xiyar tonikindən istifadə etməkdir.

Xiyardan hazırlanan tonik dərini nəmləndirir, qıcıqlanmanı aradan qaldırır və istənilən dəri tipinə uyğundur.

Hazırlamaq üçün təzə xiyarı sürtgəcdən keçirin, suyunu sıxın və marlidən süzün. Bir az mineral su və bir neçə damcı aloe suyu əlavə edin. Üç günə qədər soyuducuda saxlayın, səhər və axşam pambıqla üzünüzə çəkin.

Xiyar tonik üz dərisinin tonusunu artırır, təravətləndirir və dəriyə sağlam görünüş verir. Bir sözlə, əlavə xərclər olmadan üz dərisinə qayğı göstərməyin mükəmməl yolu.

QAZİLER.AZ

Diaspora