Mədə xorası nədən yaranır?

Mədə xorası nədən yaranır? backend

Mədənin divarlarında xoraların əmələ gəldiyi xroniki mədə-bağırsaq xəstəliyidir.

Qaziler.az xarici mətbuata istinadən mədə xorasının yaranmasının səbəblərini təqdim edir:
Mədə xorası mədədə iltihablı proseslər, mədə şirəsinin turşuluğunun artması, alkoqolizm, xroniki stress, immunitetin zəifləməsi nəticəsində yaranır.Və bu, Helicobacter pylori patogen mikroorqanizminin təsiri altında yarana bilər.

Risk faktorlarına həmçinin irsi meyllilik, düzgün olmayan və qeyri-müntəzəm qidalanma, keyfiyyətsiz məhsulların istehlakı, siqaret çəkmə, müəyyən dərmanların qəbulu daxildir.

Xoranın yaranmasına şəkərli diabet, sifilis, pankreatit, qastrit, vərəm, Crohn xəstəliyi, qaraciyər sirozu kimi digər xəstəliklər də səbəb ola bilər.

Mədə xorasının simptomları
Xora xəstəliyinin əsas əlamətlərinə aşağıdakılar daxildir: əsasən qarının yuxarı hissəsində baş verən ağrı; ürəkbulanma, ürək yanması, qusma, iştahsızlıq, turş dadı ilə gəyirmə, şişkinlik, qaz meydana gəlməsinin artması, kilo itkisi.

QAZİLER.AZ

Diaspora