Bu şəxslərə günəşlənmək risklidir

Bu şəxslərə günəşlənmək risklidir backend

Bədənində çoxlu xalı olanlar üçün günəş vannası qəbul etmək təhlükəlidir.

Qaziler.az xəbər verir ki, bunu dermatoloq Anna Ubilava “LIFE.ru” saytına bildirib.

O qeyd edib ki, 50-dən çox doğum ləkəsinin və ya xalın olması melanomanın inkişaf riskini artırır.

“Bundan əlavə, açıq dərisi olan insanlar, I və II fototiplər günəş vannası qəbul edərkən diqqətli olmalıdırlar. Onlar yanıqlara daha çox meyllidirlər, bu da bədxassəli dəyişikliklərə səbəb ola bilər”, - Ubilava xəbərdarlıq edib.

Xərçəng xəstəsi və ya ailəsində xərçəng olan xəstələrə, həmçinin günəşə qarşı allergiyası olanlara günəş vannası qəbul etmək tövsiyə edilmir. Fotosensitiv dərmanlar qəbul edənlər də risk altındadır.

QAZİLER.AZ