Konservləşdirilmiş qidaların ölümcül TƏHLÜKƏSİ

Konservləşdirilmiş qidaların ölümcül TƏHLÜKƏSİ backend

Konservləşdirilmiş balıq və ətin tərkibində çoxlu duz var ki, bu da ürək-damar xəstəliklərinin və hipertoniyanın inkişaf riskini artırır. Üstəlik, belə məhsulların düzgün saxlanmamasından sonra istehlakı botulizmlə nəticələnir.

Qaziler.az xəbər verir ki, bunu diyetoloq Darya Rusakova "Moskva 24"ə bildirib.

“Konservləşdirilmiş məhsullarda həddindən artıq ağır metallar, xüsusilə qurğuşun və qalay var. Onlar sinir sisteminə təsir edə bilər, xərçəngə səbəb ola bilər, böyrək və qaraciyərin fəaliyyətini poza bilər. Bu maddələr çox vaxt balıq və tərəvəz məhsullarında olur”, - Rusakova xəbərdarlıq edib.

Üstəlik, tuna və lobya kimi konservləşdirilmiş qidalar çox vaxt bisfenol A (BPA) ehtiva edir. Bu kimyəvi birləşmə konservlərin içinin hazırlanmasında istifadə olunur. Bu tərkiblər endokrin sistemin funksiyalarını poza bilər ki, bu da piylənmə və 2-ci tip diabet riskini artırır.

Firuzə Alimova / QAZİLER.AZ

Diaspora