Bağçada işləyərkən insanı infarkt edəcək səbəblər

Bağçada işləyərkən insanı infarkt edəcək  səbəblər backend

“Bağçada əyilib işləmək, həbləri atmağı unutmaq və şapkasız günəşin altında qalmaq birbaşa infarkta səbəb ola bilər. Bu təhlükəli vəziyyət çox vaxt həddindən artıq fiziki gücə görə baş verir”.

Qaziler.az xəbər verir ki, bu fikirləri terapevt Anna Barkulova “Veçernyaya Moskva” qəzetinə bildirib.

Barkulova xəbərdarlıq edib ki, yorğunluğa bənzəyən narahatedici simptomlara məhəl qoymamaq da təhlükəlidir. O, insanları bədənlərinə qulaq asmağa və dərmanlarını göstərişlərə uyğun qəbul etməyə çağırıb.

Üstəlik, bağ evinə getməzdən əvvəl həkimə baş çəkmək, məsləhət almaq tövsiyə olunur. Terapevt xatırladıb ki, kəskin sinə ağrısı, nəfəs darlığı, halsızlıq, başgicəllənmə və huşunu itirmə, adətən infarktdan xəbər verir.

QAZİLER.AZ

Diaspora