Kimlər çox çay içməkdən çəkinməlidir?

Kimlər çox çay içməkdən çəkinməlidir? backend

“Qan azlığı, xüsusən də dəmir çatışmazlığı anemiyası olan insanlar çoxlu çay içməklə riski altındadırlar".

Qaziler.az xəbər verir ki, bunu qastroenteroloq Yekaterina Kaşux “RİA Novosti”yə bildirib.

Bu içkidə qidanın tərkibindəki dəmirin mədə-bağırsaq traktında sorulmasına mane olan taninlər var.

“İçki mədənin selikli qişasını qıcıqlandırır. Ona görə də onu acqarına içmək olmaz, xüsusən də mədə və ya bağırsağında xorası olan insanlar çox miqdarda içməməlidirlər”, - deyə  Kaşux vurğulayıb.

Bundan əlavə, böyrək xəstəliyi, podaqra və ya böyrək daşlarına meylli xəstələr çay içməməlidirlər. Bitki mənşəli içkilər allergiyası olan xəstələrə, hətta əvvəllər digər məhsullara reaksiya verməyənlər də zərər görə bilər.

QAZİLER.AZ

Diaspora