Orqanizmi effektiv şəkildə vitaminlərlə zənginləşdirmək mümkündür

Orqanizmi effektiv şəkildə vitaminlərlə zənginləşdirmək mümkündür backend

Bədənin ehtiyac duyduğu bütün vitamin və mineralları qəbul etmək üçün taxıl məhsullarını istehlak etmək lazımdır.

Qaziler.az xəbər verir ki, bu məsləhəti diyetoloq Anna Brajnikova “Murmanskda MK”ya istinadla bildirib. Diyetoloq vurğulayıb ki, taxılın qabıq və rüşeymində çoxlu faydalı maddələr var.

Brajnikova bildirib ki, müxtəlif qidalanma rasionlarına riayət etmək də vacibdir. O, tərəvəz, meyvə, paxlalılar, ət, süd və taxıl yeməyi tövsiyə edib: “Günəşin az olduğu yerlərdə yaşayan insanlar üçün xüsusilə balıq kimi D vitamini olan qidalara üstünlük vermək vacibdir”.

Pəhrizinizə şüurlu şəkildə yanaşmaq vacibdir, çünki vitaminlərin həddindən artıq olması, həmçinin çatışmazlığı sağlamlığa zərər verə bilər. Üstəlik, qida maddələrinin udulmasını azaldan qəhvə və çay kimi məhsulların istehlakını məhdudlaşdırmaq tövsiyə olunur.

Firuzə Alimova / QAZİLER.AZ

Diaspora