Moskvada həkimlər kəskin respirator virus infeksiyasından sonra səkkiz aylıq körpənin ağciyərində 15 sm ölçüdə kista aşkar ediblər.
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu barədə Moskva vilayətinin Səhiyyə Nazirliyi açıqlama yayıb. Qeyd olunub ki, kütləni çıxarmaq üçün həkimlərə təxminən bir saat vaxt lazım olub.
“Kist sağ ağciyərin böyük hissəsini tutub, orqanın sağlam toxumasını sıxaraq, onun tam böyüməsinə və inkişafına mane olurmuş. Uşaq cərrahları torakoskopik əməliyyat keçiriblər: kəsik olmadan, sağ ağciyərin yuxarı lobunun təsirlənmiş hissəsi ilə birlikdə kisti ehtiyatla çıxarıblar. Əməliyyat təxminən bir saat davam edib və uğurlu alınıb”, - deyə açıqlamada qeyd olunub.
Qeyd olunub ki, hazırda körpə özünü yaxşı hiss edir və artıq evə buraxılıb.
Firuzə Alimova / QAZİLER.AZ