Dietoloq Korolyova şokoladın stressi artıra biləcəyi barədə xəbərdarlıq edir
Qaziler.az bildirir ki, Rusiya tibb elmləri doktoru, dietoloq Marqarita Korolyova Radio 1-ə verdiyi müsahibədə şokoladla stressi "yeməyin" lazım olmadığını söyləyib. Onun sözlərinə görə, şokoladın tərkibindəki kofein stressin orqanizmə mənfi təsirini gücləndirir.
"Bu, stresli insana baha başa gələcək - kofein yalnız stresli vəziyyətin insan orqanizminə təsirini gücləndirəcək", - Korolyova vurğulayıb.
Dietoloq qeyd edib ki, stress zamanı bitki lifi, maqnezium və B vitaminləri ilə zəngin təbii məhsullara üstünlük vermək vacibdir. O, tərkibində kofein olan şokoladın stimullaşdırıcı olduğunu və orqanizmin tükənməsinə səbəb ola biləcəyini vurğulayıb.
QAZİLER.AZ