Müasir tibb birmənalı nəticəyə gəlib ki, spirtli içkinin təhlükəsiz dozası yoxdur.
Qaziler.az xəbər verir ki, bu barədə narkoloq Ruslan İsaev “Gazeta.Ru”ya bildirib. Onun sözlərinə görə, hətta minimum miqdarda spirtli içki də insanın sağlamlığına zərərli təsir göstərə bilər.
Eyni zamanda, o, spirtli içkilərin qəbulunun zərərini minimuma endirməyin yollarının olduğunu da qeyd edib.
İsaev bildirib ki, əvvəllər tibbi praktikada spirtin "nisbətən təhlükəsiz" dozaları deyə bir anlayış var idi: gündə 250 ml pivə (4-5%), 30 ml sərt içki (40%) və ya 100 ml quru şərab (12%). Onun sözlərinə görə, bu standartlar ümumi olaraq təxminən 10 qram təmiz etanola bərabərdir.
Həkim qeyd edib ki, spirtli içki qəbul edərkən bildirilən göstərişləri rəhbər tutmaq lazımdır. O, xatırladıb ki, bu tövsiyələr belə dozaların zərərli olmadığına deyil, bir çox fəsadların yaranma riskinin daha az olmasına əsaslanır.
QAZİLER.AZ