Tədqiqat: Çay içənlər daha sağlamdır və daha uzun yaşayırlar

Tədqiqat: Çay içənlər daha sağlamdır və daha uzun yaşayırlar backend

Çin Tibb Elmləri Akademiyasının tədqiqatçıları çayın insan orqanizminə təsirini müəyyən edən uzunmüddətli tədqiqatın nəticələrini dərc ediblər.

Məlum olub ki, bitki mənşəli içki içmək ömrü uzadır və ciddi xəstəliklər riskini azaldır. 

Qaziler.az noi.md-yə istinadən bildirir ki, tədqiqatda 100 902 nəfər iştirak edib: Müşahidələrin əvvəlində onlarda infarkt, insult və xərçəng xəstəliyi olmayıb. İnsanlar iki qrupa bölündü: müntəzəm olaraq çay içənlər (həftədə üç və ya daha çox) və nizamsız olaraq (həftədə üç dəfədən az) içənlər.

Tədqiqatın başa çatdırılması 7,3 ​​il çəkib.

Müşahidələr zamanı məlum olub ki, birinci qrupdan olan insanların ümumilikdə sağlamlıq göstəriciləri daha yaxşı, ömürləri daha uzundur.

Belə ki, 50 yaşlı çay həvəskarları çaydan mütəmadi istifadə etməyənlərə nisbətən işemik ürək xəstəliyinə daha gec tutulurlar.

Mütəxəssislər qeyd edirlər ki, yaşıl çay ürək-damar xəstəliklərindən qorunmaq üçün yaxşı olan polifenolların yüksək tərkibinə görə xüsusilə müsbət təsir göstərir.

QAZİLER.AZ

Diaspora