Kosmetoloq və cərrah Valeriya Əlifanova evdə adi salfetdən istifadə etməklə dərinin nəmliyini təyin etməyə imkan verəcək sadə test haqqında danışıb.
Qaziler.az xəbər verir ki, kosmemtoloq bu barədə “Radio 1”ə müsahibəsində qeyd edib.
Onun sözlərinə görə, əgər salfet üz yuyulduqdan iki saat sonra dəriyə yapışırsa, deməli, dəri nəmlənir.
“Üzünüzü adi məhsulla yuyun və iki saat ərzində heç bir şey tətbiq etməyin. Sonra nazik bir salfet götürüb üzünüzə qoyun. Salfet yapışırsa, bu, alın, burun və yanaqların nəmləndirilməsi deməkdir, hər şey yaxşıdır”, - deyə kosmetoloq izah edib.
A.Əlifanova qeyd edib ki, salfetdə heç bir iz qalmayıbsa, bu, susuzluğun əlamətidir. Lipid balansını bərpa etmək üçün zərdablardan əlavə, kremdən istifadə etmək, çətin hallarda isə inyeksiya üsullarına müraciət etmək olar.
QAZİLER.AZ