Stresslə mübarizədə yardım edən İÇKİLƏR

Stresslə mübarizədə yardım edən  İÇKİLƏR backend

Südlü kakao, eləcə də təbii bitki çayları rahatlamağa və stress səviyyəsini azaltmağa kömək edir.

Qaziler.az xəbər verir ki, bu məsləhəti diyetoloq Yevqeniy Arzamastsev "Moskva 24" telekanalına bildirib. O, südlü kakaonun tərkibində maqnezium və kalsiumun olduğunu qeyd edib.

“Maqnezium və kalsium sinir impulslarının aparılması prosesində iştirak edir və həmçinin sinir sisteminə inhibitor təsir göstərir, onu həddindən artıq həyəcandan qoruyur”, - Arzamastsev vurğulayıb.

O, qeyd edib ki, melissa, nanə və çobanyastığı kimi bitki çaylarının tərkibi sakitləşdirici təsir göstərən efir yağları və üzvi turşularla zəngindir. Belə içkilər yuxuya getməyi asanlaşdırır və həmçinin orqanizmin bərpasına kömək edir.

QAZİLER.AZ

Diaspora