“Ağcaqanadlar Qərbi Nil qızdırmasını daşıya bilər”.
Qaziler.az xəbər verir ki, bunu virusoloq Aleksandr Lukaşev “Gazeta.Ru”ya bildirib. O qeyd edib ki, bu həşəratlar son dərəcə təhlükəli xəstəliklə yanaşı, dirofilarioz və tropik qızdırmaların mənbəyidir.
“Bəlkə də Rusiyada ağcaqanadların daşıya biləcəyi ən təhlükəli xəstəlik Qərbi Nil qızdırmasıdır. Yayın isti aylarının sonuna doğru xəstələnmə riski arta bilər. Avqust ayının əvvəlinə qədər xəstələnmə ehtimalı çox aşağıdır. Yoluxma hər yerdə mümkündür, nə peyvənd var, nə də spesifik terapiya”, - Lukaşev xəbərdarlıq edib.
Onun sözlərinə görə, insanlar nadir hallarda dirofilarioz xəstəliyinə tutulurlar. Rusiyada hər il yüzə yaxın xəstəlik qeydə alınır. “Lakin son illər qlobal istiləşmə ilə əlaqədar risk zonası sürətlə şimal bölgələrinə də keçib”, - həkim qeyd edib.
QAZİLER.AZ