Diyetoloq və endokrinoloq Nataliya Lazurenko müğənni Olqa Buzovanın 35 yaşdan sonra arıqlamağın daha çətin olması ilə bağlı sözlərini təsdiqləyib.
Qaziler.az xəbər verir ki, o bu barədə “Radio 1”ə müsahibəsində danışıb.
Həkimin sözlərinə görə, bu, hormonal dəyişikliklər və maddələr mübadiləsinin ləngiməsi ilə əlaqədardır.
“Bədəndə maddələr mübadiləsinin sürəti dəyişir, bir az yavaşlamağa başlayır. Bunlar bir tərəfdən gözlənilən dəyişikliklərdir, digər tərəfdən isə çəkiyə nəzarətin sürətinə təsir edir. 18-25 yaşlarında kifayət qədər tez həll edilə bilən məsələnin həlli 35 yaşdan sonra daha çətin olur”, - həkim izah edib.
Diyetoloq hormonal səviyyəyə nəzarət etmək üçün tibbi müayinənin vacibliyini vurğulayıb və qeyd edib ki, çəkiyə nəzarətdə uğurun 80%-i düzgün qidalanmanın payına düşür.
QAZİLER.AZ