Gündə bir qədəh şərabın faydasından çox zərəri varmış

Gündə bir qədəh şərabın faydasından çox zərəri varmış backend

Dietoloqlar Mişel Rutenşteyn və Kayli Proktor gündə bir stəkan şərabın orqanizmə faydası olması barədə mifi təkzib ediblər.

Qaziler.az bildirir ki, onlar “La Razon” nəşri ilə söhbətdə alkoqolun sağlamlığa təsirini qiymətləndiriblər.

Proktorun qeyd etdiyi kimi, spirt bədəndə emal edildikdə, kanserogen hesab edilən asetaldehid ayrılır. Bu maddə DNT-nin zədələnməsinə və xərçəngin inkişafına səbəb ola bilər. Beləliklə, alkoqollu içkilərin bədən üçün təhlükəsiz olacağı elmi cəhətdən sübut edilmiş heç bir dozası yoxdur.

Bu arada Mişel Rutenşteyn bəyan edib ki, şərabın müsbət xüsusiyyətləri onun tərkibində antioksidantların olması ilə bağlıdır. Bununla belə, bu birləşmələrin səviyyəsi spirtli içki qablaşdırılmazdan əvvəl azala bilər. Dietoloq insanları antioksidantları spirtdən deyil, yalnız meyvə və giləmeyvələrdən, o cümlədən üzümdən almağa çağırıb.

QAZİLER.AZ

Diaspora