Körpələrdə görünə bilən autizm İLKİN əlamətləri

Körpələrdə görünə bilən autizm  İLKİN əlamətləri backend

Əsəbilik, yuxusuzluq və xarici təsirlərə zəif reaksiya uşaqda autizmin ilkin əlamətləri ola bilər.

Qaziler.az xəbər verir ki, Missuri Universitetinin alimləri belə nəticəyə gəliblər. Tədqiqatın nəticələri “Pediatric Research” (PedRes) jurnalında dərc olunub.

Tədqiqatda 332 doqquz aylıq körpənin valideynləri iştirak edib. Atalar və analar övladlarının xasiyyəti ilə bağlı sorğu anketlərini doldurublar və körpələrinin nə qədər tez-tez ağladığını, əsəbiləşdiyini və sakitləşə bilmədiklərini bildiriblər.

Üç aydan sonra ailələr yenidən autizmin əlamətləri ilə bağlı yoxlanılıb. Bu zaman ünsiyyət bacarıqları, duyğu həssaslığı və təkrarlanan davranışların mövcudluğu qiymətləndirilib. Tədqiqatçılar həmçinin uşaqların adlarına reaksiya verib-vermədiyini və tozsoran kimi yüksək səslərdən qorxduqlarını qiymətləndiriblər.

Missuri Universitetinin Autizm və Neyroinkişaf Mərkəzinin professoru Stiven Şeynkopf: "Yuxu problemi olan və ya xarici stimullara uyğunlaşma qabiliyyəti azalan küylü körpələrin 12 aya qədər autizm əlamətlərini daha çox göstərdiyini aşkar etdik" deyib.

Alimlər deyirlər ki, valideynlərin diqqətli olması autizm əlamətlərinin və inkişaf ləngimələrinin erkən aşkarlanmasının açarı ola bilər. Bu mərhələdə dəqiq diaqnoz haqqında danışmaq hələ tez olsa da, tədqiqatçılar bu cür məlumatların erkən müdaxilə üçün vacibliyini vurğulayırlar.

QAZİLER.AZ

Diaspora