Südlü matça səhərlər içiləcək qəhvəyə sağlam və faydalı alternativ ola bilər.
Qaziler.az xəbər verir ki, bu barədə diyietoloq Darya Rusakova "Veçernyaya Moskva"ya deyib.O, bu içkinin sinir sisteminə müsbət təsir etdiyini qeyd edib.
“Matça daha uzun müddətli stimullaşdırıcı təsirə malikdir, lakin dadı, əlbəttə ki, qəhvədən çox fərqlidir. Buna görə də bir içkiyə öyrəşmiş insanlar üçün onu digəri ilə əvəz etmək çətin ola bilər”, - Rusakova vurğulayıb.
“Onun sözlərinə görə, bu sağlam içki incə üyüdülmüş yaşıl çayın yarpaqlarına əsaslanır. İçki stimullaşdırıcı və tonuslaşdırıcı təsirə malikdir, lakin eyni zamanda sinir sistemini qəhvədən daha az qıcıqlandırır”, - diyetoloq izah edib.
QAZİLER.AZ