Bu qidaları bişdikdən sonra yenidən qızdırmaq olmaz - Zəhərləyə bilər

Bu qidaları bişdikdən sonra yenidən qızdırmaq olmaz - Zəhərləyə bilər backend

Bir çoxumuz həftə sonları gələn həftə üçün yemək hazırlamağa öyrəşmişik. Ancaq bəzi qidalar qızdırıldıqda nəinki qida xüsusiyyətlərini itirir, həm də zəhərli ola bilər.

Qaziler.az xarici mətbuata istinadən bu qidalar haqda məlumatı təqdim edir:

1. Göbələk
Yaxşı olar ki, onları hazırladıqdan dərhal sonra yeyilsin, ertəsi günə qalsa, soyuq yeyilməlidir. Qızdırılan göbələklər həzm sistemi üçün təhlükəli ola bilər, çünki istilik zülalların strukturunda bəzi dəyişikliklərə səbəb olur.

2. Toyuq əti
Eyni şey toyuq ətində də olur, ona görə də onu yenidən qızdırmamaq məsləhətdir. Əgər bu qaçılmazdırsa, əti yüksək temperaturda tez qızdırmaqdansa, bir neçə dəqiqə aşağı temperaturda qızdırmaq daha yaxşıdır.

3. Kartof
Kartof qida dəyərini itirməklə yanaşı, qızdırıldıqda orqanizm üçün zəhərli olur.

4. İspanaq
İspanağın tərkibində kifayət qədər böyük miqdarda nitrat var. Bir neçə dəfə qızdırıldıqda ispanaq potensial olaraq kanserogen olur, çünki tərkibindəki nitratlar orqanizm üçün təhlükəli maddələrə çevrilir.

5. Çuğundur
İspanaq kimi çuğundur da qızdırıldıqda xərçəng riskini artıra bilər. Bu riski minimuma endirmək və qırmızı çuğundurun sağlamlıq faydalarından yararlanmaq istəyirsinizsə, onları çiy halda yemək daha yaxşıdır.

QAZİLER.AZ

Diaspora