Artıq çəkinin bir çox hallarda problem yaratdığı məlumdur.
Çikaqodakı Şimal-Qərb Universitetinin Feinberq Tibb Məktəbinin alimləri müəyyən ediblər ki, günün ilk yarısında günəşin altında vaxt keçirənlər digərlərinə nisbətən daha düz qamətli və sağlam olurlar.
Araşdırmada 54 könüllü iştirak edib. Onların hamısına fiziki fəaliyyətləri haqqında məlumat yazan elektron qadjetlər verilib.
Səhər vaxtını gəzinti ilə keçirən kişilər və qadınlar artıq çəki ilə mübarizədə digər iştirakçılarla eyni miqdarda yesələr belə daha çox təsir görüblər.
Alimlərin fikrincə, günün bütün birinci yarısını gəzintiyə həsr etmək vacib deyil. Təmiz havada 20 dəqiqəlik qısa bir qaçış kifayət edəcəkdir. Yeri gəlmişkən, alimlər çöldə, təmiz havada qaçış və ya gəzintidən xüsusi olaraq danışırlar. Axı, arıqlamaqda mühüm rol oynayan günəş işığıdır. Qapalı qaçış yolu bu effekti verməyəcək.
QAZİLER.AZ