Enerji içkiləri hepatitə səbəb olurmu?

Enerji içkiləri hepatitə səbəb olurmu? backend

Enerji içkiləri hepatitin inkişafına səbəb ola bilməz.

Qaziler.az xəbər verir ki, bu sözləri Rusiya İctimai sağlamlıq və tibbi profilaktika mərkəzinin rəhbəri Olqa Çirkova “NEWS.ru”ya açıqlamasında deyib.

Onun sözlərinə görə, zərər gün ərzində 250 dəfədən yüksək olan taurinin artıq dozası ilə bağlıdır.

Enerji içkilərinin kəskin hepatitə səbəb ola biləcəyinə dair heç bir araşdırma yoxdur. Bu içkilərin tərkibində çoxlu miqdarda kofein və taurin var. Orta dozada taurin təhlükəsiz və hətta faydalıdır. Enerji içkilərində isə onun gündəlik norması 250 dəfəyə qədər olur. Kofein də insanı canlandırır və üç-beş saat ərzində bədəndən xaric olur. Bir fincan qəhvə içsəniz, bura başqa bir enerji içkisi, aktiv maddənin miqdarı əlavə olunur. Ürək-damar və sinir sistemlərinə təsir göstərir. Bu isə güclü əsəb narahatlığı kimi təsir edir”, - Çirkova bildirib.

O əlavə edib ki, enerji içkiləri təcili vasitəsi kimi icad edilib. Eyni zamanda, həkim vurğulayıb ki, orqanizm borc resurs alır, ona görə də enerji içkisini içdikdən sonra yaxşı yuxu almaq lazımdır. Həmçinin enerji içkilərinin gündəlik dozası 500 ml-dən çox olmamalıdır.

QAZİLER.AZ

Diaspora