Oynaqları məhv edən qidalar

Oynaqları məhv edən  qidalar backend

Hisə verilmiş qidalar oynaqlarda iltihabi prosesi artırır. Tərkibində yüksək miqdarda duz olan olan qidalar bədəndə şişkinliyə səbəb olur.

Qaziler.az xəbər verir ki, bunu qastroenteroloq və qeriatr Yelena Pavlova “NEWS.ru”ya bildirib.

Hisə verilmiş və çox duzlu qidalar oynaqlara mənfi təsir göstərir. Bu, iltihab prosesini də artırır, çünki duz oynaqların şişməsinə səbəb olur. Şəkər və karbohidratla zəngin qidalar da oynaqlara mənfi təsir göstərəcək, çünki onlar bağların və qığırdaqların elastikliyini pozur, bu da ağrıların artmasına səbəb ola bilir”, - Pavlova bildirib.

Onun sözlərinə görə, podaqradan şübhələnirsinizsə, purin birləşməli qidalardan uzaq durmaq lazımdır, çünki oynaqlara mənfi təsir göstərir. Belə ki, paxlalılar, hisə verilmiş qidalar, şaşlıq, zəngin ətli bulyonlar, eləcə də bəzi balıq növləri - ivasi siyənəyi, sardina, sprat, hamsi istisna etmək lazımdır. Bundan əlavə, həkim qeyd edib ki, pomidor və spirtli içkilərdən də imtina etmək vacib şərtdir.

“Bu məhsullar xəstəliyin kəskinləşməsinə səbəb olacaq. Heç bir qida dəyəri olmayan karbohidratlarla zəngin rəfinə edilmiş qidalar da oynaqlara mənfi təsir edir, çünki onlar bədənin çəkisini artırı. Artıq çəki isə oynaqlara ağırlıq edir”, - Pavlova əlavə edib.

QAZİLER.AZ

Diaspora