“Mənfi ionlarla zəngin dəniz havası beyin və idrak funksiyalarını yaxşılaşdırır”.
Qaziler.az xəbər verir ki, bu fikirləri nevroloq Olqa Berezkina deyib. Onun sözlərinə görə dəniz havası, həmçinin qacetlərin mənfi təsirini azaltmağa kömək edir.
“Dəniz və xüsusilə okean havası, digər şeylərlə yanaşı, mənfi ionlarla zəngindir. Onlar nəinki tənəffüs funksiyasını və qaz mübadiləsini yaxşılaşdırır, həm də mərkəzi sinir sisteminə birbaşa təsir göstərir: qan tədarükünü və beynin funksiyasını yaxşılaşdırır”, - həkim izah edib.
Həkim bunun yaddaşın və iş qabiliyyətinin yaxşılaşmasına səbəb olduğunu qeyd edib. Mənfi ionlar qadcetlərdən gələn radiasiyanın mənfi təsirini də neytrallaşdırır. Həkim vurğulayıb ki, iqlim dəyişikliyi ümumiyyətlə sağlamlıq üçün yaxşıdır, lakin tətil bədənin uyğunlaşmasına imkan verəcək qədər uzun olmalıdır.
QAZİLER.AZ