Şirin içkilərin bilinməyən gizli təhlükəsi açıqlanıb

Şirin içkilərin bilinməyən gizli təhlükəsi açıqlanıb backend

Şəkərli içkilərin müntəzəm istehlakı depressiyaya düşmə riskini artırır.

Qaziler.az xəbər verir ki, bu barədə məlumat “Journal of Affective Disorders” jurnalında qeyd olunub.

Tədqiqat Çinin Vençjou Tibb Universitetinin mütəxəssisləri tərəfindən aparılıb.

Nəşrin məlumatında 60 yaşdan kiçik insanların tez-tez şəkərli içkilərdən istifadə etməsinin depressiya riskini 14%, süni dadlandırıcıların isə 23% artırdığı bildirilir. Təzə tərəvəz və meyvə şirələri, eləcə də qəhvə içənlərdə psixi xəstəliklərin inkişaf riski müvafiq olaraq 19% və 12% azalıb.

Araşdırmaya görə, yaşlı insanlarda şəkərli içki istehlakı ilə psixi sağlamlıq arasında heç bir əlaqə müşahidə edilməyib.

QAZİLER.AZ

Diaspora