Yatmazdan əvvəl su içmək olar?

Yatmazdan əvvəl su içmək olar? backend

Axşam yatmazdan bir neçə saat əvvəl 200 ml-dən çox olmamaq şərti ilə su içə bilərsiniz.

Qaziler.az xəbər verir ki, bu məsləhəti Moskva Səhiyyə Nazirliyinin Vidnovskaya Klinik Xəstəxanasının həkimi Anqelina Yemelyanova “NEWS.ru”ya müsahibəsində verib. O əlavə edib ki, əgər gecənin bir yarısı yuxudan oyanmağa səbəb susuzluqdursa, bunu iki qurtum su ilə məhdudlaşdırmaq daha yaxşıdır.

“Axşam və gecə su içmək olarmı? Əgər böyrək probleminiz yoxdursa və ya səhərlər ödem olmursa, bəli, içmək olar. Ancaq gecə tualetə getməmək üçün yatmazdan bir və ya iki saat əvvəl suyun həcmini 100-200 ml-ə qədər məhdudlaşdırmaq daha yaxşıdır. Əgər gecə susadığınız üçün oyanırsınızsa bu zaman, çox su içilməməlidir, otaq temperaturunda bir və ya iki qurtum su içilsə, kifayət edir” - Yemelyanova bildirib.

QAZİLER.AZ

Diaspora